Azərbaycanlı alimdən erməni tarixinə zərbə

179

NUHÇIXAN xəbər verir ki, bu günlərdə Türkiyədə Doğu Kütüphanesi (İstanbul) nəşriyyatında Turan Araşdırma Mərkəzi ictimai birliyinin  sədri, filoloq-tarixçi, ictimai-siyasi xadim, türkçü alim professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından erməni “tarixşünaslığı”nın şah damarını kəsən əsəri,  “Moisey Xorenatsi anonim keşiş müəllifdir” adında kitabı anadolu türkçəsində “Sahte ermeni tarihi ve sahte keşiş yazar Movses Horenatsi” adı ilə çapdan çıxıb.

Əsərin tərcüməçisi-AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Nərgiz İsmayılova, redaktor AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Elxan Yurdoğlu, baş redaktor tanınmış yazıçı, naşir, jurnalist, tarixçi və tədqiqatçı Erol Cihangirdi.

Xatırladaq ki, Azərbaycan oxucularına 2016-cı ildə təqdim edilən bu elmi əsər erməni tarix ədəbiyyatı üçün mötəbər mənbə hesab edilən “erməni tarixinin atası” Moisey Xorenatsinin şəxsiyyətini əsaslı şəkildə təkzib edir. Bunun üçün isə Əjdər Tağıoğlu kifayət qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək ortaya maraqlı faktlar qoyur. Müəllif həmçinin üç türk dövlətinə (Biaini, Arme, Part) aid olan, lakin erməni kilsəsində mənimsənilərək “erməniləşdirilmiş” mifoloji və filoloji ədəbiyyat əsasında tərtib edilmiş “Armeniya tarixi” və  erməni tarixçilərinin mənsub olduqları xalqa aid yazdıqları “qədim tarix” kitablarının saxta və uydurma olduğunu elmi əsaslarla sübuta yetirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: