Naxçıvanın arxeologiyasına dair yeni kitab çapdan çıxıb

123

NUHÇIXAN xəbər verir ki, tanınmış arxeoloq alim, AMEA-nın müxbir üzvü, AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyevin “2017-ci ildə Naxçıvanın arxeoloji tədqiqi” adlı kitabı çapdan çıxıb. Kitabda 2017-ci ildə Naxçıvan Muxtar respublikası ərazisində yerləşən Naxçıvantəpə, Kültəpə, Uçan ağıl, Qızqala yaşayış yerlərində aparılan arxeoloji tədqiqat işlərinin nəticələri ümumiləşdirilib. Bu arxeoloji tədqiqatlar Naxçıvanın Eneolit və Tunc dövrü mədəniyyətinin ardıcıl mərhələlərini izləməyə imkan verib, Naxçıvan şəhərində məskunlaşmanın 8 min il bundan əvvəl başlandığını təsdiq edib. Kitabın sonunda rus və ingilis dilində qısa xülasəsi verilib. Həmçinin aparılan tədqiqatların coğrafiyası və tapılan tarixi materiallar fotoşəkillərlə  oxuculara təqdim edilir.

“Əcəmi” Nəşriyyat Poliqrafiya birliyində çapdan çıxan kitab mütəxəssislər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: