Azərbaycanın 2019-cu il üçün FIFA referilərinin adları açıqlanıb

100

Azərbaycanın 2019-cu il üçün FIFA referilərinin siyahısı açıqlanıb.

NUHÇIXAN AFFA-ya istinadla xəbər verir ki, ölkəmizi beynəlxalq futbol oyunlarında təmsil edəcək baş hakimlərin siyahısında dəyişiklik edilib. Səhhətində problem yaranan Ömər Paşayevi Rauf Cabbarov əvəzləyib.

Bundan başqa Elçin Səmədli futzal üzrə FIFA referiləri siyahısından çıxarılıb. Səbəb Səmədlinin yaş həddinin dolmasıdır. Nəticədə say üçə enib.

Referilər: Əliyar Ağayev, Rəhim Həsənov, Rauf Cabarov.

Referi köməkçiləri: Yaşar Abbasov, Namik Hüseynov, Akif Əmirəli, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov.

Futzal: Yusif Nurullayev, Ramil Namazov, Hikmət Qafarlı.

Çimərlik futbolu: İnqilab Məmmədov, Əli Cəbrayılov, Sədaqət Vəliyeva.

Qadın referilər: Yuliya Qurbanova, Səbayel Kuzutürk.

Qadın referi köməkçiləri: Gülyana Özcan, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Gülnurə Əkbərzadə.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: