Əlilliyi olan 45 nəfər Naxçıvandakı müalicə müəssisələrinə yola salınıb

207

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 45 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasındakı müalicə müəssisələrinə yola salınıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, fiziki məhdudiyyətli insanlarla əlaqədar aparılan işlərin bir istiqaməti də onların sağlamlığının bərpasına yönəlib.

Müalicəyə göndərilənlərin 19 nəfəri “Duzdağ” Fizioterapiya mərkəzində, 16 nəfəri Darıdağ Arsenli Su Müalicəxanasında,10 nəfər isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində müayinə olunaraq müalicə kursu keçəcəklər.

Yola salınan əlilliyi olan şəxslər onların tibbi-sosial reabilitasiyası, sağlamlıqlarının bərpasına göstərilən qayğıdan razı qaldıqlarını və səmərəli müalicə kursu keçmək üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: