Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Əskişəhərdə qeyd olunub

64

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyi Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirir.

Bu tədbirlər çərçivəsində Azərbaycan mədəniyyətini Türkiyənin tarixi şəhərlərindən biri olan və 2013-cü ildə türk dünyasının mədəniyyət paytaxtı olmuş Əskişəhərdə tanıtmaq üçün Azərbaycan Mədəniyyəti Günü təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN-a bildiriblər ki, şəhərin Dədə Qorqud parkında baş tutan tədbirdə Azərbaycanın tarixini, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünü, coğrafiyasını, mədəniyyətini, adət-ənənələrini, turizm imkanlarını əks etdirən stendlər qurulub. Həmin stendlərdə Azərbaycana aid suvenirlər, qədim əşyalar, kitab və jurnallar, Azərbaycan mətbəxinin nümunələri sərgilənib. Azərbaycan musiqiləri ilə müşayiət olunan tədbirdə iştirakçılara bayraqlarımız hədiyyə olunub, təşkilatın musiqi qrupu milli rəqslərimizi ifa edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: