Avropa İttifaqının Azərbaycandakı nümayəndələri Naxçıvana səfər ediblər

74

NUHÇIXAN xəbər verir ki, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və həyat yoldaşı Ramune Jankauskiene Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

Səfərin məqsədi Naxçıvan Muxtar Respublikasında keçiriləcək Avropa Günləri ilə bağlıdır.  Aprel ayının 30-dan mayın birinə qədər muxtar respublikada olacaq Kestutis Yankauskas  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.Qonaq bir sıra rəsmi görüşlər keçirəcək. Muxtar respublikada təşkil ediləcək “Peşə Təhsili və Təlimi Seminarı”nda iştirak edəcək. Xanım Ramune Jankauskiene isə Naxçıvan şəhərinin , o cümlədən muxtar respublikanın bir sıra qədim tarixi abidələri, mədəniyyət və turizm  obyektləri, sağlamlıq və ticarət mərkəzləri ilə tanış olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: