Azərbaycan şahmatçısı Günay Məmmədzadə Əbu-Dabidə open turnirin qalibi olub

225

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Əbu-Dabidə 25-ci beynəlxalq şahmat festivalının əsas turnirində birinci yeri tutub.

NUHÇIXAN xəbər verir ki, beynəlxalq yarışda 32 ölkədən 158 şahmatçı, o cümlədən 50 qrossmeyster iştirak edib. Beynəlxalq dərəcəli usta Günay Məmmədzadə (Azərbaycan) və Gülruxbegim Tohirconova (Özbəkistan) mümkün 9 xaldan hərəyə 5,5 xal toplamaqla ən yaxşı nəticəni göstəriblər. İkinci əlavə göstəriciyə (rəqiblərin orta reytinqi) əsasən Azərbaycan təmsilçisi qalib olub, özbəkistanlı şahmatçı isə ikinci yeri tutub.

Kişilər arasında Daniil Dubov (Rusiya), Anton Korobov (Ukrayna) və Saleh Salem (BƏƏ) 9 mümkün xaldan hərəyə 7,5 xal toplayaraq ən yaxşı nəticəni göstəriblər. Azərbaycan şahmatçısı, FIDE ustası Rəvan Əliyev 4 xal toplayıb.

“B” qrupunda FIDE reytinqi 2200 əmsaldan yüksək olmayan 231 şahmatçı iştirak edib. Azərbaycan təmsilçisi Fərid Mustafayev 7 xal toplayıb və liderlərdən – Camal Ovezdurdiyev (Türkmənistan) və Kazıbek Umbetovdan (Qazaxıstan) 1 xal geri qalıb.

Yarışlar İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: