Azərbaycan Respublikası adından Çanaqqala Şəhidlər xiyabanın önünə əklil qoyulub

83

Türkiyənin Çanaqqala şəhərində Çanqqalada quru döyüşlərinin başlanmasının 103-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Azərbaycan Respublikası adından Çanaqqala Şəhidlər xiyabanındakı abidə önünü əklil qoyulub.

NUHÇIXAN xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yerli və xarici hökumət və dövlət nümayəndələrinin, Ankarada akkreditasiya olunan diplomatik korpusun təmsilçilərinin, ölkə ictimaiyyətinin tanınmış simalarının iştirakı ilə keçirilən mərasimdə Azərbaycan da təmsil olunub. Ölkəmiz adından səfirliyin konsulu Şöhrət Mustafayev mərasimdə iştirak edib.

Çanaqqala şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Türkiyə Silahlı Qüvvələrinin qırıcıları möhtəşəm uçuşlar nümayiş etdiriblər.

Mərasim müxtəlif proqramlarla davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: