“Azərbaycan dilində feil” dərsliyi çapdan çıxıb

109

Professor Buludxan Xəlilovun “Azərbaycan dilində feil” dərsliyi çapdan çıxıb.

NUHÇIXAN xəbər verir ki, dərslikdə feili bir nitq hissəsi kimi səciyyələndirən xüsusiyyətlər, feilin quruluşu, lüğəvi və qrammatik məna növləri, zaman və tərz kateqoriyaları, təsriflənən və təsriflənməyən formaları, təsirli və təsirsiz feillər “Azərbaycan dilində feil” adlı seçmə fənnin proqramının tələblərinə uyğun olaraq öz əksini tapıb.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Cəfər Cəfərov, rəyçiləri isə filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli və filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Səmədovadır.

Dərslikdən ali məktəbin tələbələri, müəllimlər və elmi işçilər faydalana bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: