Azərbaycanlı hərbçi qadın dünya üçüncüsü oldu

138

Mayın 16-da Moskvada Rusiya Mərkəzi Ordu İdman Klubunun idman zalında hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının final görüşləri keçirilib.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan idmançılarından döşək üzərinə ilk olaraq MOİK-in üzvü Sona Tumarxanova çıxıb. 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Monqolustan güləşçisi N.Azjarqala 12:1 hesabı ilə qalib gələrək çempionatda üçüncü yeri tutub. İdmançımız bununla da çempionatda milli komandamızın aktivinə ilk medalı yazdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: