Prezident İlham Əliyev Naxçıvana 55 milyon manat ayırdı - SƏRƏNCAM

1. 290

Prezident İlham Əliyev bu gün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının  daha da sürətləndirilməsi istiqamətində bir sıra sərəncamlar imzalayıb.

NUHÇIXAN xəbər verir ki, Ölkə Başçısının imzaladığı sərəncamlara əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədilə 30 milyon manat, Gücü 36 meqovat olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə 10  milyon manat vəsait ayrılıb.

Dövlətimizin başçısı həmçinin, muxtar respublikada aqrar sahədə aparılan uğurlu islahatların davam etdirilməsinin vacibliyini nəzərə alaraq “Pivot” layihəsi çərçivəsində min   hektar əkin sahəsində müasir suvarma – yağışyağdırma  sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə  5  milyon manatın Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılılması barədə də sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə isə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi  ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10 milyon, ümumilikdə 55 milyon manat ayrılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: