Azərbaycanlı alimin kitabları ABŞ-da çap olunub

75

Bakı Dövlət Universitetinin (BDU) professoru, tarix elmləri doktoru İsmayıl Məmmədovun “Azərbaycanın etnik və siyasi tarixi” və “Azərbaycanın tarixi xəritələri” adlı kitabları Amerika Birləşmiş Ştatlarında (Raley şəhəri, Şimali Karolina Ştatı) nəşr olunub.

BDU-dan NUHÇIXAN-a bildiriblər ki, AMEA-nın əməkdaşı Fatma Fərəcova tərəfindən ingilis dilinə tərcümə edilmiş həmin kitabların redaktoru Maykl Brannokdur.

Nəşrlərdə Azərbaycanın etnik və siyasi tarixi ən qədim zamanlardan bugünkü dövrə qədər tədqiq edilib. Belə ki, kitablarda eramızdan əvvəlki minillikdə ölkəmizin ərazisində yaşayan türk mənşəli tayfalar, Azərbaycan xalqının yaranması, mövcud olan Azərbaycan dövlətləri, hökmdarları və prezidentləri barədə məlumatlar verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: