Dünyanın ən yaxşı pəhrizi

173

ABŞ həkimləri və diyetologiya sahəsindəki mütəxəssisləri 2019-cu ilin ən yaxşı pəhrizini açıqlayıblar.

NUHÇIXAN-ın məlumatına görə, nəticələr “U.S. News & World Reрort” jurnalında çap edilib. 40-dan artıq məşhur qidalanma növünü analiz edən mütəxəssislər belə nəticəyə gəlib ki, ən optimal variant Aralıq dənizi pəhrizidir.

Mütəxəssislərin fikrincə, bu qidalanma növü bədənin artıq çəkisini atmağa, ürək-damar xəstəlikləri və şəkərin inkişafını azaltmağa kömək edir. Bundan başqa, bu pəhriz nisbətən təhlükəsiz, sadə və sağlam yemək elementlərini özündə ehtiva edir.

Aralıq dənizi pəhrizi çoxlu təzə meyvə və tərəvəz, paxla, qoz-fındıq, kəpəkli çörək və makaron məmulatları deməkdir. Bu pəhrizdə qırmızı ətin yeyilməsi məhdudlaşdırılmalı, balıq və dəniz məhsullarına üstünlük verilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: