“Axtarışlar” jurnalının növbəti nömrəsi işıq üzü görüb

136

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” jurnalının bu ilə olan sonuncu nömrəsi işıq üzü görüb.

NUHÇIXAN xəbər verir ki, ildə dörd dəfə geniş oxucu kütləsinə təqdim olunan jurnalın növbəti sayında Naxçıvan Bölməsinin, AMEA-nın Ədəbiyyat, Folklor, Dilçilik, Memarlıq və İncəsənət institutlarının, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Dövlət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, İstanbul Mədəniyyət Universitetinin və digər elm və təhsil müəssisələrində çalışan əməkdaşların müxtəlif sahələri əhatə edən tədqiqat materialları dərc olunub.

Jurnalda Folklorşünaslıq, Ədəbiyyatşünaslıq, Dilçilik, Sənətşünaslıq, Tarix və Biblioqrafiya bölmələrində “Araz-Türk Respublikası”, “Naxçıvan dialekt və şivələrinin öyrənilməsində yeni səhifə”, “Rus ədəbiyyatından tərcümələr və burada Azərbaycan dilinin yeri”, “Siyasi rejim və idarəetmə sistemlərinə bədii münasibətin ifadə üsulları”, “Naxçıvanda memorial muzeylər”, “Azərbaycan xalçaları və ona qarşı erməni iddiaları”, “Naxçıvanda heykəltəraşlığın inkişafı” və bu kimi 30-dan çox tədqiqat əsəri oxucular tərəfindən maraqla oxunacaq elmi məqalələr sırasında yer alır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: