Şərurda YAP sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim edilib

141

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirib.

Tədbirdə rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən məhz onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilk dəfə Ali Məclisdə qəbul olunmuş qərarla elan edilib.

Vurğulanıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Arzu Sadiqov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: