Avropalı qonaqlar məktəblilərlə görüşüb

513

NUHÇIXAN xəbər verir ki, “Avropa Günləri” ilə əlaqədar muxtar respublikaya  gələn Avropa ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndələr Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərində olub, şagirdlərlə görüşüblər. Görüş zamanı diplomatlar Avropa İttifaqının fəaliyyəti  və öz ölkələri haqqında şagirdlərə  ətraflı məlumat veriblər. Elektron lövhələrdə təqdimatlar olub. Həmçinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində  keçiriləcək “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi ilə bağlı şagirdlərə bukletlər də  paylanılıb.

Sonra qonaqlar ümumtəhsil məktəblərinin şəraiti və tədris  prosesi ilə tanış olub, şagirdlərlə xatirə şəkli çəkdiriblər.

                                                                                       Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: