Peşəkar oftalmoloq xəstələri müayinə edib

232

NUHÇIXAN xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Aidə Məmmədova Şahbuz Rayon Mərkəzi Xəstəxanasında yerli tibb işçiləri ilə birgə  xəstələri tibbi müayinədən keçirib.

Yüksək ixtisaslı mütəxəssis tərəfindən  görmə orqanının bütün növ xəstəlikləri – gözün refraktiv qüsurları, torlu qişa xəstəlikləri, şəkərli diabetin göz fəsadları, çəpgözlük, görmə orqanının zədələri, iltihabi xəstəliklərin diaqnostika və  müalicəsi aparılıb. Gün ərzində 39 nəfər müayinədən keçirilib, cərrahi müdaxiləyə ehtiyacı olan 3 nəfər əməliyyat üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət olunub. Göstərilən xidmətlərdən daha çox uşaqlar və ahıllar istifadə ediblər.

Qeyd edək ki, bu ilin ötən dövrü ərzində mərkəzin həkimləri tərəfindən muxtar respublikanın 2 mindən artıq  sakininin  müayinəsi aparılıb, 150 nəfər əməliyyat olunub, pasiyent­lərə tibbi məsləhət və tövsiyələr     verilib.

Azər Fərzəliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: