“Atletiko”dan FİFA-ya şikayət: 100 milyon avroluq tələb

165

“Sportinq” klubu Madrid “Atletiko”sundan FİFA-ya şikayət edib.

NUHÇIXAN-ın xarici mətbuata istinadən məlumatına görə, səbəb ispanların yarımmüdafiəçi Jelson Martinşi heyətinə qatmasıdı.

Məsələ burasındadı ki, 23 yaşlı futbolçu La Liqa təmsilçisinə azad agent kimi keçib və 6 illik müqavilə bağlayıb. Lakin “Sportinq” rəhbərliyi Martinşin onlarla müqaviləni birtərəfli pozduğunu iddia edib. Bu üzdən FİFA-ya şikayət edən portuqaliyalılar transfer müqabilində qarşı tərəfdən 100 milyon avro təzminat tələb edib.

Qeyd edək ki, Jelson Martinş ötən mövsüm “Sportinq”in heyətində keçirdiyi 49 oyunda 12 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: