ATƏT-in yeni sədrinin inauqurasiyası olub

124

Yanvarın 10-da ATƏT-in Vyanada yerləşən baş katibliyində təşkilatın yeni sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın inauqurasiya mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, mərasimdə çıxış edən M.Layçak ölkəsinin sədrlik dövrü üçün hədəfləri barədə danışıb. Qeyd edib ki, sədrlik qarşıya ATƏT məkanında dialoq, etimad və sabitliyin dəstəklənməsi, təşkilatın fəaliyyətinin gücləndirilməsi kimi məqsədlər qoyub, lakin bununla belə realist olmağa çalışacaq. Sədrlik 2019-cu il ərzində münaqişələrdən əziyyət çəkən insanları ön planda saxlamaq şərti ilə bu münaqişələrin qarşısının alınması və zəiflədilməsi, eləcə də vasitəçiliyin həyata keçirilməsinə diqqət yönəldəcək. Sədr, həmçinin bildirib ki, eyni zamanda təhlükəsiz gələcəyin qurulması üçün işlər görülməlidir, ATƏT məkanında təsirli multilateralizmə nail ola bilmək üçün səylər gücləndirilməlidir. Vurğulanıb ki, ATƏT-in prinsip və öhdəliklərinə sadiqliyi nümayiş etdirməyin zamanı yetişib və bu, özünü ifadə etdiyimiz sözlərdə deyil, həyata keçirdiyimiz fəaliyyətdə göstərməlidir.

ATƏT-in sədri çıxışında bildirib ki, münaqişələrin nizama salınması diqqət mərkəzində olacaq və Ukraynadakı vəziyyətlə əlaqədar növbəti həftə bu ölkəyə səfər edəcək. O, həmçinin Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanması ilə bağlı müsbət impulsların yaratdığı imkanlardan istifadə etməyə çalışacaqlarını deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: