Stolüstü tennisçilərimiz Rusiyada beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

93

Rusiyanın Voljsk şəhərində 2006-cı il təvəllüdlü və daha aşağı yaşlı stolüstü tennisçilər arasında beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, fevralın 1-də start götürəcək yarışlarda ölkəmizi məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə dörd idmançı təmsil edəcək. Yarışlarda qızlar arasında Fatimə Cəfərova, Mehriban Dadaşova, oğlanlardan isə Hacımurad Məmmədbəyov və Xaliq Becanov qüvvələrini sınayacaqlar.

Turnir iki gün davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: