Arsen Saparov: Stalinin Qarabağı Azərbaycana “verməsi” barədə sübutlar yoxdur

173

NUHÇIXAN xəbər verir ki, Cənubi Kaliforniya Universiteti yanında erməni tədqiqatları institutunun saytında yerləşdirilmiş Birləşmiş Ərəb Əmirliklərinin Şarca Universitetinin beynəlxalq münasibətlər kafedrasının dosenti Arsen Saparov ilə müsahibədə Azərbaycan ərazisində bolşeviklər tərəfindən süni şəkildə Dalıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması tarixindən bəhs olunur.

Rusiya bolşeviklərinin Sürməli və Qarsı Türkiyəyə, Naxçıvan və Qarabağı isə Azərbaycana “verməsi” fikirlərinin tarixi baxımdan nə dərəcədə əsaslandırılmış olduğu sualına cavabında Saparov deyib ki, bu iddiaları sübut edə biləcək hər hansı sənəd aşkar olunmayıb. O qeyd edib ki, Ermənistan tarixi haqqında mülahizələrin əsas istiqaməti ermənilərin “əzabkeş xalq” kimi təqdim olunması və tarixi hadisələrə məhz bu prizmadan baxılması vərdişidir.

Doktor Saparov əlavə edib ki, onun tanış olduğu sənədlərdə 1921-ci ilin yayında – 12 gün ərzində Stalinin Qarabağın Azərbaycanın tərkibinə daxil olması ilə əlaqədar nə isə etməsi və ya söyləməsi ilə bağlı heç bir birbaşa sübut yoxdur. O vurğulayıb: “Bir çoxları sadəcə ehtimal edirlər ki, Stalin pis adam olduğu üçün onun bu cür qərar verməsi adi haldır”. Saparov qeyd edib ki, o, bolşeviklərin məntiqini başa düşmək üçün sübutlar axtarıb və belə nəticəyə gəlib ki, Azərbaycanın tərkibində DQMV-nin yaradılması qərarı sadəcə həmin ərazidə yaranmış vəziyyəti əks etdirib. Belə ki, ermənilər Qarabağ üzərində heç bir nəzarətə malik olmayıblar.

Müsahibədə diqqətə çatdırılıb ki, həmin dövrdə Sovet Azərbaycanına etnik ermənilər, ruslar və digərləri rəhbərlik edirdilər. Onların arasında Qarabağda anadan olmuş və 1926-1929-cu illərdə respublikaya rəhbərlik etmiş Levon Mirzoyan da olub.

Tarixi faktlara müraciət edən Saparov qeyd edib ki, Abxaziya Qafqazın digər hissələri ilə müqayisədə Rusiyadan siyasi muxtariyyətini daha uzun müddətdə qorumağı bacaran (1860-cı illərədək) yeganə bölgədir. Cənubi Osetiya osetinləri və Qarabağ ermənilərinə gəldikdə isə, Cənubi Osetiya muxtariyyətinin yaradıldığı ərazidə heç vaxt Osetiya ərazi quruluşu, rusların regionu işğal etdiyi zaman və sonralar isə Qarabağda ermənilərin nəzarət etdikləri heç bir inzibati ərazi vahidi olmayıb

Beynəlxalq münasibətlər üzrə professor A.Saparovun real tarixi faktlar əsasında gəldiyi nəticə bir daha təsdiq edir ki, erməni tarixçilərinin guya bolşeviklərin Cənubi Qafqazın işğalına qədər Qarabağın ermənilərin nəzarəti altında olması və erməni əhalinin iradəsinə zidd olaraq və onlardan alınaraq Stalin tərəfindən Azərbaycana “verilməsi” barədə yazdıqları yalan və qeyr-obyektivdir. Əslində, Qarabağ AXC hakimiyyətinin tam nəzarəti altında olub və 1921-ci ilin iyulunda bu ərazi azərbaycanlılara “verilməyib”, əksinə Azərbaycanın ərazisində süni şəkildə DQMV yaradılıb. Buna sübut olaraq Qafqaz Bürosunun Qarabağın Azərbaycanın tərkibində “saxlanılması” haqqında qərarını göstərmək olar. Eyni zamanda, 1920-1930-cu illərdə – Azərbaycana erməni mənşəli şəxslərin, o cümlədən Ruben Rubenov və Levon Mirzoyanın rəhbərlik etdiyi müəyyən dövrlər ərzində ermənilərin xarici ölkələrdən və Ermənistandan Qarabağa köçürülməsi asanlaşıb, həmçinin onlara geniş siyasi hüquqlar və muxtariyyət verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: