AMEA Naxçıvan bölməsində növbəti interaktiv dərs keçirilib

153

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində keçirilən növbəti interaktiv dərsin mövzusu “Hüceyrənin bölünməsi və orqanizmlərdə çoxalma formaları” olub. Dərsi muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbinin şagirdləri izləyib.

“Hüceyrənin bölünməsi və orqanizmlərdə çoxalma formaları” mövzusundakı dərsi Biologiya üzrə fəlsəfə doktoru  Ramiz Ələkbərov aparıb.

Ramiz Ələkbərov hüceyrənin öyrənilmə tarixi, hüceyrə nüvəsi, eləcə də hüceyrənin orqanzimdə çoxalma formaları haqqında da şagirdlərə ətraflı məlumat verib.

Dərs slaydlar vasitəsilə əyani və geniş izahlarla keçirilib. Keçirilən dərs şagirdlər tərəfindən maraqla izlənib.

                                    

                                                  Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: