Beynəlxalq Kosmik Stansiyadan geri qayıdan kapsul Yaponiya ictimaiyyətinə təqdim edilib

107

Yaponiya Aerokosmik Məkanın Öyrənilməsi Agentliyi (JAXA) Beynəlxalq Kosmik Stansiyadan geri qayıdan kapsulu ictimaiyyətə nümayiş etdirib.

NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, Tokionun şimalında yerləşən Tsukuba şəhərindəki obyektdə noyabrın 27-də ilk dəfə KİV nümayəndələrinə təqdim edilən kapsulun prinsipcə işlədiyi bildirilib.

Konus şəklində olan kapsulun dibi 80 santimetr diametrindədir və o, KİV-lərin nümayəndələrinə sökülmüş vəziyyətdə nümayiş olunub.

Kosmosdakı aparatdan geri dönən bu kapsulun daxilində tibbi məqsədlər üçün protein yerləşdirilmişdi və o, həmin yüklə Yerə qayıdıb. Bu, Yaponiya üçün ilk belə nailiyyətdir. Kapsul planda nəzərdə tutulduğu kimi, noyabrın 11-də Sakit okeana düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: