Ağır atletimiz gümüş medal qazandı

98

Misirin paytaxtı Qahirədə keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 5-ci ağır atletika çempionatı başa çatıb.

NUHÇIXAN-ın məlumatına görə, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya xarakterli olan yarışda ağır atletika üzrə Azərbaycan yığma komandasının 3 üzvü də iştirak edib.

96 kq çəki dərəcəsində körpücük üzərinə iki atletimiz çxıb. Nailxan Nəbiyev toplam 333 kq (146+187) nəticə ilə 6-cı, Kamran İsmayılov isə 325 kq (145+180) nəticə ilə 8-ci yeri tutub.

102 kq çəki dərəcəsində isə ölkəmizi Əliş Nəzərov təmsil edib. O, fəxri kürsüyə qalxmağı bacarıb. Nəzərov 309 kq (142+167) nəticə ilə gümüş medala sahib çıxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: