Noyabrın 29-30-da ağır atletika üzrə Azərbaycan kuboku turniri keçiriləcək.
Azərbaycan Ağır Atletika Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, yarışda şəhər və rayonlardan, idman klub, cəmiyyət və mərkəzlərindən, Uşaq-Gənclər İdman mərkəzlərindən əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet qüvvəsini sınayacaq.
Azərbaycan kubokunun keçirilməsində məqsəd atletlərin hazırlıq səviyyəsinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
Turnir Şüvəlan qəsəbəsində, Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək.