Azad Rəhimov: Türk Şurası Gənc Liderlərinin Forumunun ilk dəfə olaraq Naxçıvanda keçirilməsi çox əlamətdar hadisədir

192

Türk Şurası Gənc Liderlərinin Forumu ilk dəfə olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Naxçıvanda keçirilir. Bu, çox əlamətdar bir hadisədir. Türk Şurasının təsis konfransı da Naxçıvanda keçirilib. Düşünürəm ki, forumun ilk dəfə olaraq Naxçıvanda keçirilməsi həmin layihənin davamına böyük təkan verəcək.

Bu sözləri NUHÇIXAN-a müsahibəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir vurğulayıb ki, burada dörd ölkənin – Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın gəncləri toplaşıb: “Biz çox istəyərdik ki, onların arasında çox mühüm və maraqlı fikir mübadiləsi aparılsın, müzakirələr olunsun. Bu forum gələcək fəaliyyətlə əlaqədar layihələrlə, ideyalarla bağlı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətlidir”.

Azad Rəhimov deyib: “Türk Şurası Dövlət Başçılarının Qırğızıstanda keçirilən sammitində Özbəkistan Prezidenti də iştirak edirdi. Ola bilsin ki, yaxın müddətdə Özbəkistan da bu layihəyə qoşulsun. Türk Şurası ölkələri ilə eyni kökümüz, oxşar mədəniyyətimiz var. Gənclərimizin bir yerə toplaşaraq fikir mübadiləsi aparması bizim üçün çox vacib məsələlərdəndir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: