Prezident İlham Əliyev mayın 22-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri də var.
Prezidentin sərəncamı ilə, İsmayılov Məhərrəm Həsən oğlu və Səfərov Oruc İsa oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə təltif ediliblər.