Misir mətbuatı Dünya Azərbaycanlılarının Həmrəylik Günündən yazır

129

Azərbaycanın Misirdəki səfirliyinin mətbuat attaşesi Emil Rəhimov Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bu ölkənin nüfuzlu və geniş oxucu kütləsinə malik “Əxbarulyaum” qəzetinə müsahibə verib.

NUHÇIXAN xəbər verir ki, müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik məktubunun mətninə toxunan Emil Rəhimov, hər il dekabrın 31-də dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının bu bayramı təntənəli şəkildə qeyd etdiyini vurğulayır.

Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan bu bayramın ayrı-ayrı ölkələrdəki azərbaycanlıları bir araya gətirdiyini, milli dəyərlərə daha sıx bağladığını bildirən Emil Rəhimov Misirdə yaşayan həmvətənlərimizi təbrik edib, Azərbaycan diasporunun bu ölkədəki fəallığını, o cümlədən xalqımızın mədəniyyətinin təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: