İstiot yaddaşı gücləndirir, orqanizmi mikroblardan qoruyur

112

Dadı və ətri ilə xörəklərə ləzzət verən ədviyyatlar sağlamlıq üçün çox faydalıdır. Onların tərkibindəki mineral və vitaminlər maddələr mübadiləsini sürətləndirir, immuniteti gücləndirir.

NUHÇIXAN tibbi saytlara istinadla xəbər verir ki, ədviyyatlar içərisində ən çox istifadə olunan istiot zülal, mineral maddələr, karbohidrat və C vitamini ilə zəngindir. İstiot yaddaşı gücləndirir, orqanizmi mikroblardan qoruyur, beyində damarları genişləndirir, qan dövranını tənzimləyir, ürək ağrısının azalmasına kömək edir.

Sevilən ədviyyatlardan olan sarıkök isə fosfor, dəmir, yod, kalsium, C, B1, B2, B3 və K vitaminləri ilə zəngindir. Onun tərkibindəki efir yağı antioksidant rolu oynayaraq orqanizmi cavanlaşdırır və müxtəlif xəstəliklərdən qoruyur.

Növ zənginliyi ilə seçilən ədviyyatları qorumaq üçün onları düzgün şəraitdə 20°C istilikdə, rütubətin dərəcəsi 75 faizi keçməyən yerdə saxlamaq lazımdır. Onların saxlanma müddəti məhsulun istehsal vaxtından asılı olaraq bir ili keçməməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: