Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşma qüvvəyə minib

110

Yaponiya ilə yanaşı, daha 11 ölkənin iştirakçısı olduğu azad ticarət barəsində Trans-Sakit okean Tərəfdaşlığı (TPP) üzrə razılaşma qüvvəyə minib.

NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, razılaşma dekabrın 30-da 11 ölkənin əksəriyyəti tərəfindən ratifikasiya edilib.

Razılaşmanın qüvvəyə minməsi dünya Ümumi Daxili Məhsulunun 13 faizini və 500 milyon əhaliyə malik bazarı əhatə edən nəhəng azad iqtisadi zonanın yaranması deməkdir.

TPP çox böyük sahədə investisiyalara münasibətdə qaydaların və xidmətin standartlaşmasını nəzərdə tutur. Buraya, eyni zamanda, kənd təsərrüfatı və sənaye məhsullarına tətbiq olunan tariflərin tədricən ləğvi də daxildir.

Yaponiya hökuməti bu ticari razılaşmaya ABŞ-ın proteksionist siyasəti fonunda dünya üzrə azad və ədalətli qaydaların tətbiqinin genişlənməsi istiqamətində mühüm addım kimi baxır. Eyni zamanda, TPP üzvlərinin sayının artmasını da planlaşdırır. Bu məqsədlə Yaponiya hökuməti yanvarın 19-da Tokioda keçiriləcək nazirlər görüşü səviyyəsində konkret danışıqların aparılacağına ümid edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: