İngiltərə Premyer Liqası: “Liverpul” “Arsenal”ı böyük hesabla məğlub edib

124

İngiltərə Premyer Liqasında 20-ci turun oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, turun mərkəzi qarşılaşması “Enfild” stadionunda oynanılıb. Turnir cədvəlinin lideri “Liverpul” doğma meydanda “Arsenal” komandasını qəbul edib. Görüş “Liverpul” klubunun böyük hesablı qələbəsi ilə başa çatıb (5:1).

Turun gözlənilməz hesabı isə Londondakı “Uembli” stadionunda qeydə alınıb. Meydan sahibi “Tottenhem” doğma azarkeşlər önündə “Volverhampton” klubuna məğlub olub (1:3).

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Brayton” – “Everton” – 1:0;

“Fulhem” – “Haddersfild” – 1:0;

“Lester Siti” – “Kardiff Siti” – 0:1;

“Votford” – “Nyukasl” – 0:1;

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: