Sahibkarlar hərbi hissəyə 3 tondan artıq sarımsaq veriblər

217

NUHÇIXAN xəbər verir ki, xalq-ordu birliyini özündə əks etdirən tədbirlərin davamı kimi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar hərbi hissəyə ümumilikdə 3 tondan artıq sarımsaq təqdim ediblər. Belə ki, Şərur rayonunun Mahmudkənd kənd sakini Ənvər Hüseynov 700 kq, Şərur rayonunun Məmmədsabir kənd sakini Əli Rüstəmov isə 2500 kq sarımsağı hərbi hissəyə təhvil verib. Tədbirdə dövlət qayğısından danışan hərbi hissənin zabiti Ramiz Cəbiyev və əsgər Əli Babayev xalq-ordu birliyindən ruhlanaraq yüksək vətənpərvərlik hissi ilə xidmət etdiklərini vurğulayıblar.

                                                                                   Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: