Manisada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub

111

Türkiyənin Manisa şəhərində Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbir hər iki ölkənin şəhidlərinin xatirəsinin anılması, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra ulu öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Yalçın Daşdəmir çıxış edib.

Dərnək sədri bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunan tədbirdə Azərbaycan və Türkiyə vətəndaşlarının birgə iştirakı iki dövlətin sarsılmaz birliyindən xəbər verir.

Yalçın Daşdəmir tədbirin təşkilində göstərdiyi dəstəyə görə Manisa şəhər Şahzadələr və Yunus Əmrə bələdiyyələrinin sədrləri Faruk Çelik və Mehmet Çerçiyə minnətdarlığını ifadə edib.

Bildirilib ki, Faruk Çelik və Mehmet Çerçi Manisada fəaliyyət göstərən Azərbaycan dərnəyinin fəaliyyətinə hər zaman dəstək olublar.

Sonra hər iki bələdiyyə sədrlərinin təbrik məktubları oxunub.

Dərnəyin üzvü Tərlan Akarçay iştirakçılara Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi barədə məlumat verib.

Tədbir bədii hissə ilə davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: