Əsgərlərə bayram sovqatı verilib

473

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə “Cahan Holdinq” Kommersiya Şirkətlər   İttifaqının əməkdaşları Naxçıvan şəhərində yerləşən hərbi hissəyə bayram sovqatı gətiriblər.

Görüş zamanı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, bayram günlərində hərbi hissələrə sovqatların aparılması, əsgərlərlə həmrəylik nümayiş etdirilməsi xalq-ordu birliyinin daha bir ifadəsidir. Ordumuzun maddi-texniki bazasının hər il daha da güncləndirildiyini və hərbi qulluqçuların mənzil məişət şəraitinin diqqətdə saxlanıldığını deyən nazir bayramlar münasibətilə hərbi qulluqçuları təbrik edib, xidməti vəzifələrində uğurlar arzulayıb.

“Cahan Holdinq” Kommersiya Şirkətlər   İttifaqının aparat rəhbəri Azər Cəfərov da şəxsi heyəti təbrik edib, bu cür görüşlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Hərbi qulluqçular adından çıxış edən  zabit Eşqin İsmayılov göstərilən qayğının onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib və bütün şəxsi heyət adından  minnətdarlıq edib.

Gətirilən yerli istehsal olan müxtəlif növ ərzaq məhsulları hərbi hissəyə təhfil verilib.

Yaqub İsayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: