AMEA Naxçıvan Bölməsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

165

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, bölmədə 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi münasibətilə tədbir keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir araya gəlməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, 1991-ci il dekabrın 16-da Naxçıvanda “31-Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi bu mənada xüsusi əhəmiyyətə malikdir. Akademik, həmçinin Dünya Azərbaycanlılarının 1-ci, 2-ci, 3-cü, 4-cü qurultaylarının keçirilməsinin əhəmiyyətindən də bəhs edib.

İsmayıl Hacıyev əsası Ulu öndər tərəfindən qoyulan daxili və xarici siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dünya azərbaycanlılarının həmrəyliyinin güclənməsi istiqamətində bütün imkanların səfərbər olduğunu söyləyib.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Milli birlik və həmrəylik” mövzusunda məruzə ilə çıxış edib, mövzu ətrafında müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: