Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

132

NUHÇIXAN erməni KİV-lərinə istinadən xəbər verir ki,Eçmiədzində əhali müddətsiz aksiyalara başlayıb. Yolları bağlayaraq nəqliyyatın hərəkətini iflic edən etirazçılar əsgər payını oğurlayan, keçmiş general Manvel Qriqoryanın girov müqabilində azadlığa buraxılmasına qarşı çıxırlar. Ermənistanın baş prokurorluğu isə Qriqoryanın həbsdən çıxarılması ilə bağlı  apellyasiya şikayəti verib.

Ermənistanı 20 il idarə etmiş hərbi-xunta rejiminin əsas dayaqlarından biri, Azərbaycan ərazilərinin işğalında birbaşa iştirak etmiş və Qarabağda soydaşlarımıza qarşı çoxsaylı hərbi cinayətlər törədən general Manvel Qriqoryanın sərbəst buraxılması Eçmiədzin sakinlərini qəzəbləndirib. Narazı kütlə küçələrə çıxaraq itaətsizlik aksiyalarına başlayıblar. Bəzi yollar bağlanıb. Nəticədə, nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb. Eçmiədzin sakinləri deyirlər ki, Manvel Qriqoryan kimi quldurun yeri yalnız həbsxanadır. Onun oğlu Karen də uzun müddət əhaliyə divan tutub. Bu ailə Eçmiədzində özbaşınalıqları, xüsusi qəddarlıqları ilə ad çıxarıb. Etirazçıların sözlərinə görə onlar uzun müddət qorxu və xof içində yaşayıblar. Qriqoryanın zaminə buraxılmasına qərar verən hakimə səslənən aksiya iştiraçıları, adı saysız  qanun pozuntularında hallanan bir şəxsin hansı əsasla azad edilməsinə dair sual ünvanlayıblar.  Manvel Qriqoryan isə məhkəmə binasının çıxışında toplaşan jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib və maşına minərək oradan uzaqlaşıb. Manvel Qriqoryan külli miqdarda silah və döyüş sursatının qanunsuz saxlanılmasında ittiham olunur. Ermənistanın Respublika partiyasının imtiyazlı üzvlərindən olan Qriqoryan eks-prezident Serj Sarkisyanın yaxın adamıdır. Ermənistanın baş prokurorluğu  da cinayətkar generalın həbsdən çıxarılmasına etiraz edir. Baş prokurorluğun nümayəndəsi Arevik Xaçatryanın sözlərinə görə məhkəmənin qərarı əsassızdır. Generalın yenidən həbs olunması ilə əlaqədar apellasiya şikayəti verilib.  Bildirilir ki, bu şəxs təkcə qanunsuz silah sursat saxlamaqda ittiham olunmur. O, həm də talançıdır. Əsgərlər üçün yardımları mənimsəyib. Bu arada Ermənistan Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan ordudakı oğurluq faktları ilə bağlı açıqlama verib. Onun sözlərinə görə bir çox hallarda korrupsiya piramida şəklindədir. Bu isə dövlətin təhlükəsizliyinin təhlükə və məhv etmə altında olduğuna işarədir. O 2018-ci ilin 11 ayı ərzində ordudakı korrupsiya faktlarına qarşı mübarizə tədbirlərinə də toxunaraq bildirib ki, 70-dək cinayət işi açılıb. “Ziyanın həcmi 10 milyard dramlarla ölçülə bilər, günahkar şəxslər məsuliyyətə cəlb edilib. MTX-nin icraatında silahların qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri var. Bu cinayət işləri çərçivəsində yüksək vəzifəli şəxslər və deputatlar da daxil olmaqla 130 nəfər saxlanılaraq həbs edilib. Həmin cinayət işləri çərçivəsində 100-dən çox silah və 10 minlərlə patron müsadirə edilib”, – deyə Vanetsyan əlavə edib. Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan isə baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanı, hökumətin işinin optimallaşdırması layihəsinə, xüsusən də Mədəniyyət Nazirliyinin ləğv edilməsinə görə tənqid edib. O, YUNESKO səviyyəsində məğlubiyyət haqda da danışıb. Ermənistan-Azərbaycan qarşıdurmasında biz bu il ən böyük zərbəni YUNESKO-da aldıq, o vaxt ki, bizimkilərin fəaliyyətsizliyinə və diletantlığına görə, azərbaycanlılar “Köçəri” rəqsini qeydiyyata aldırdılar. Halbuki keçən il buna biz səy göstərirdik. Üstəlik Azərbaycan “Köçəri”ni Naxçıvan ərazisindən rəqs kimi qeydə aldırdı. Onlar sübut etdilər ki, bu oyun havası Azərbaycan xalqına məxsusdur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: