Məhkəmə işçiləri üçün seminar təşkil edilib

295

NUHÇIXAN xəbər verir ki, məhkəmə fəaliyyətinə dair statistik hesabatların tərtib edilməsi məqsədilə məhkəmə işçiləri üçün Naxçıvan Şəhər Məhkəməsində seminar keçirilib. Seminarda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və bütün rayon (şəhər), ixtisaslaşdırılmış məhkəmələrin statistika sahəsində məsul əməkdaşları iştirak ediblər.

Keçirilən seminarda məhkəmə fəaliyyətinə dair statistik hesabat formaları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ”Məhkəmələr və hakimlər haqqında” Qanuna əsasən, məhkəmə fəaliyyətinə dair statistik hesabat formaları müəyyənləşdirilərək aparılır. Qanunvericiliyə görə, məhkəmə fəaliyyətinə dair statistik hesabatlar ildə iki dəfə birinci və ikinci yarımilin sonunda tərtib edilir. Məhkəmə fəaliyyətinə dair statistik hesabat formalarının təkmilləşdirilməsi daim diqqətdə saxlanılır, bununla bağlı tədbirlər görülür və yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırılır. Seminarda nazirliyin əməkdaşları tərəfindən məhkəmə işçilərinə statistik hesabatların işlənməsi qaydaları izah edilib, lazımi metodik  tövsiyələr verilib.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və işçilərə statistik hesabat formaları təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: