Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib

120

NUHÇIXAN xəbər verir ki, yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.  Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda  60-a yaxın idmançı iştirak edib. İslam Hümbətov adına Uşaq, Gənclər İdman məktəbində reallaşan yarış  “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü”nə həsr olunub. Güləş idman növünü yeniyetmələr arasında təbliğ etmək məqsədi daşıyan yarışda idmançılar 11 çəki dərəcəsində qalib olmaq üçün mübarizə aparıblar. Nəticələrə gəldikdə isə müvafiq çəki dərəcələri üzrə Nicat Ocaqquliyev, Elmir Zamanov, Əlican İlkar, Samir Bağırzadə, Tuncay Məmmədov, Onur Əlizadə, Orxan Musayev, Mirsadiq Seyidov, Kazım İbrahimov, Ayxan İsmayılov və Uğur Bədəlov rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüblər.

Qalib gələn idmançılara diplomlar təqdim olunub.

Elvin Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: