“Xəmsə”nin qış kuboku keçirilib  

134

NUHÇIXAN xəbər verir ki, Gənclər Mərkəzində gənclər arasında “Xəmsə” milli intellektual oyunu üzrə qış kuboku keçirilib.  Yarımfinal və final mərhələlərindən ibarət olan oyunda “Zəfər”, “Aran”, “Hipokrat” və “Diplomat” komandaları finalda mübarizə aparıblar. Gənclər qədim diyarın tarixi, ədəbiyyatı və coğrafiyasına, eləcə də dünyada baş verən yeniliklərə dair sualları cavablandırıblar.

Gənclərin intellektual səviyyələrinin, zehni inkişafının stimullaşdırılması, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən oyunda “Diplomat” komandası 1-ci, “Zəfər” komandası 2-ci, “Aran” komandası isə 3-cü yerə layiq görülüblər.

Qalib komandalara kubok, diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: