Kastamonu valisi: “2019-cu ilin Nəsimi ili” elan olunması münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm

111

Türk dünyası üçün “2019-cu ilin Nəsimi ili” elan olması münasibətilə bütün Azərbaycan xalqını səmimiyyətlə təbrik edirəm. Nəsimi Azərbaycan ədəbiyyatında görkəmli bir simadır. Amma Nəsimi Türkiyədə də çox oxunan, sevilən, tanınan bir şairdi. Ona görə də, bu məsələ təkcə Azərbaycanın yox, bütün türk dünyasının uğurudur. “2019-cu ilin Nəsimi ili” elan olunması sayəsində böyük şairi tanımayanlar varsa, onların da tanıması üçün imkanlar olacaq.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Kastamonu valisi Yaşar Qaradəniz TÜRKSOY-un Daimi Şurasının 36-cı iclasının qərarlarını şərh edərkən deyib.

Vali qeyd edib ki, Kastamonu şəhərinin 2018-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olması təkcə Türkiyə, Kastamonu şəhəri üçün deyil, bütün türk dünyası üçün əhəmiyyətli olub. Yola salmağa hazırlaşdığımız ildə Kastamonunun tanıdılması və türk dünyası üçün cəlbediciliyini yaratmaq üçün böyük işlər görülüb. Həm öz mədəniyyətimizi tanıda bildik, həm də türk dünyasının mədəniyyətini öz bölgəmizə gətirə bildik. Turizmin inkişafı və sərmayə qoyuluşu üçün gözəl imkanlar yaranıb. İndi bu estafeti Qırğızıstanın Oş şəhərinə təhvil veririk.

Bu işdə Oş şəhərinə uğurlar arzu edən vali əminliklə ifadə edib ki, Qırğızıstan bu statusu yüksək bacarıqla başa çatdıracaq.

Vali Yaşar Qaradəniz fikirlərini belə tamamlayıb: “Mən bu uğurlar münasibətilə Azərbaycanı, Qırğızıstanı və bütün türk dünyasını təbrik edirəm, uğurlar arzulayıram”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: