“Qarabağ: Əcdadlarımızın mirası” filminin təqdimatı olacaq

107

Dekabrın 24-də “Holiday Inn Baku” otelində “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin təqdimatı olacaq. Sənədli ekran əsəri Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin birgə səyləri ilə ərsəyə gətirilib.

AMEA-nın Tarix İnstitutundan NUHÇIXAN-a verilən məlumata görə, “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin baş elmi məsləhətçisi institutun direktoru, Milli Məclisin üzvü, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifləri tarixçi alimlər Nazim Mustafa və Ramin Əlizadə, quruluşçu rejissoru Teymur Nəcəfzadədir.

Tədbirdə 3D formatında “Cəbrayıl – virtual səyahət” qrafik filmi də nümayiş etdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: