Sahibkarlar növbəti sərgidə olublar

113

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,  bu günlərdə İran İslam Respublikasının Tehran şəhərində “Üçüncü İran İxracat İmkanları–İran EXPO 2018” sərgisi keçirilib. Sərgidə muxtar respublikada fəaliyyət göstərən Naxçıvan “Xalça”Аçıq Səhmdar Cəmiyyətinin, “Karton Tara”, “Savalan-S”, “Nur Qida” Məhdud Məsuliyyətli cəmiyyətlərinin nümayəndələri və fiziki şəxs Habil Babayev iştirak ediblər. Tədbirdə yerli sahibkarlıq subyektlərinin nümayəndələri sərgi ilə tanış olub və xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarını müzakirə ediblər. Həmçinin Naxçıvan “Xalça” ASC üçün xammal və digər ləvazimatların alınması ilə bağlı bir neçə İran şirkəti ilə danışıqlar aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: