Kursantlar arasında intellekt oyunu keçirilib

152

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,  Heydər Əliyev adına Hərbi Liseydə Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi və “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” ilə əlaqədar kursantlar arasında “Poliqon” Strateji İntellekt Oyunu keçirilib. Oyunun keçirilməsində məqsəd kursantların intellektual oyunlara cəlb olunması, bu oyunların kütləviliyinin təmin edilməsi və Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliğidir. Oyun 4 mərhələdən ibarətdir. Komandalar mərhələlərə uyğun olaraq səsləndirilən suallara cavab verməklə öz xal nominallarını artırıblar. Sonda ən çox xal toplayan  “Əlincə” komandası I, “Qartal” komandası  II, “Uğur” komandası isə III yeri tutub. Oyunda I yeri tutan komandaya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən kubok, digər komandalara və komanda üzvlərinə isə diplom və fəxri fərmanlar təqdim olunub. 16 komandanın iştirak etdiyi oyun Gənclər və İdman Nazirliyinin, Əlahiddə Ümumqoşun Ordunun, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Oyunda 96 nəfər kursant iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: