Ordubad və Şahbuz rayonlarında müşavirələr keçirilib

358

NUHÇIXAN xəbər verir ki, Ordubad və Şahbuz rayonlarında torpaqların təyinatı üzrə istifadəsi, mühafizəsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə müşavirələr keçirilib.

Qeyd edilib ki, rayonların qəsəbə və kəndlərində vaxtaşırı monitorinqlər aparılır, torpaqların təyinatı üzrə istifadəsi və onun mühafizəsi məsələləri aydınlaşdırılır. Qəsəbə və kəndlərdə torpaqlardan səmərəli istifadə olunması ilə bağlı əhali arasında lazımi maarifləndirmə tədbirləri aparılır.

Bildirilib ki, torpaqlardan istifadəyə nəzarətin artırılması, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi ilə bağlı mütəmadi olaraq aidiyyəti orqanlarla birlikdə monitorinqlərin  keçirilməsinə baxmayaraq hələ də torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarına rast gəlinir.

Rayon prokurorları torpaqlardan qanunsuz istifadə ilə bağlı qanunvericiliyin tələblərini ətraflı izah edib, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərini müşavirə iştirakçılarının diqqətinə çatdırıblar.

Müşavirədə torpaqlardan səmərəli istifadəni daha da artırmaq məqsədilə müzakirələr aparılıb.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: