İnsan alverinə qarşı mübarizə  mövzusunda təlim keçirilib

247

NUHÇIXAN xəbər verir ki, “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsi çərçivəsində silsilə təlimlər davam etdirilir. Beynəlxalq Miqrasiya Təşkilatının insan alverinə qarşı mübarizəyə dair hazırladığı təlim vəsaiti əsasında təşkil olunan təlimlərdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Könül Cəfərova, sərhəd idarəetməsi üzrə müstəqil ekspert John Linehan və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin  əməkdaşları iştirak ediblər.

Çıxışlarda ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlərdən söhbət açılıb, bu sahədə mükəmməl qanunvericilik bazasının və maarifləndirmə sisteminin mövcud olduğu qeyd olunub.

Diqqətə çatdırılıb ki, ölkəmizin insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməsinin əyani təsdiqi olaraq, bu sahədə Birləşmiş Millətlər Təşkilatının  və Avropa Şurasının konvensiyaları və protokolları ratifikasiya edilib.

Mövzularla bağlı iştirakçılar arasında sual-cavab edilib, insan alverinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.

Təlimlər dekabrın 21-də yekunlaşacaq və iştirakçılara sertifikatlar təqdim olunacaq.

Cavid Səfərli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: