BMT-nin insan haqları üzrə mükafatları sahiblərinə təqdim olunub

108

BMT-nin 2018-ci il İnsan Haqları Mükafatına tanzaniyalı Rebeka Quymi, pakistanlı Əsma Cahangir (ölümündən sonra) və braziliyalı Joeni Vapiçane, həmçinin İrlandiyanın “Front Line Defenders” təşkilatı layiq görülüblər.

NUHÇIXAN təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, dekabrın 18-də – BMT-nin İnsan Haqları Günündə mükafatların təqdimatı mərasimi keçirilib. BMT-nin Nyu-Yorkdakı Baş qərargahında keçirilən mərasimdə çıxış edən təşkilatın baş katibi Antonio Quterreş və Baş Assambleyanın Mariya Fernanda Espinosa dünyada qaın və uşaqların, kimsəsizlərin hüquqlarının müdafiəsi sahəsində hüquq müdafiəçilərinin mühüm rolunu qeyd ediblər. Bildirilib ki, 1968-ci ildən etibarın beş ildə bir verilən bu mükafatın laureatları sırasında ABŞ-ın birinci xanımı olmuş Eleonora Ruzvelt, Martin Lüter Kinq, Nelson Mandela, Cimmi Karter və Malala Yusufzai kimi tanınmış insanlar var.

Diqqətə çatdırılıb ki, mükafata 300-dən çox insanın namizədliyi qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: