“Tələbə paketi”nin təqdimatı keçirilib

182

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və “Naxtel” MMC-nin birgə təşkilatçılığı ilə “Gələcəyə doğru”adlı tədbir keçirilib. Tədbirdə “Naxtel” MMC-nin tələbələr üçün nəzərdə tutduğu “Tələbə paketi”nin təqdimatı olub. Bu addım tələbə-gənclərimizə yaradılan şəraitin bariz nümunəsi kimi qiymətləndirilib.

Sonra qeyd edilib ki, “Naxtel” MMC-nin 2015-ci ilin iyul ayında Naxçıvan şəhərində təsis olunub, 2016-cı il oktyabr ayının 25-də isə Naxtel 4G mobil rabitə şəbəkəsi istifadəyə verilib.

Qeyd olunub ki, bu gün tələbələr üçün təqdim olunan “Tələbə paketi”Azərbaycan Respublikasının bütün universitet və kolleclərində təhsil alan tələbələrə şamil olunur. Tələbə olan hər kəs öz tələbə bileti ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Naxtel” Müştəri Xidmətləri mərkəzlərinə yaxınlaşaraq xüsusi kateqoriyaya ayrılmış nömrələrdən istədiyini pulsuz əldə edə bilər.

Bildirilib ki, ay ərzində yüklənən məbləğlərə görə müxtəlif meqabaytda  internet trafiki hədiyyə olunacaq.

Sonra tələbələr arasında intellektual oyunlar keçirilib və qaliblər “Naxtel” MMC tərəfindən ödəmə kartları, prestij nömrələr, datakartlar, və Huawei GR 5 mobil telefonu ilə mükafatlandırılıblar.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: