Əlilliyi olan 72 nəfər Naxçıvandakı müalicə müəssisələrinə göndərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 72 əlilliyi olan şəxs Naxçıvan Muxtar Respublikasındakı müalicə müəssisələrinə göndərilib. Onlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıblar.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, onlardan 22 nəfəri “Duzdağ” Fizioterapiya mərkəzində, 29 nəfəri Darıdağ Arsenli Su Müalicəxanasında, qalan 21 nəfəri isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 10 gün müddətində müalicə kursu keçəcəklər.
Dekabrın əvvəlindən artıq 117 əlilliyi olan şəxsin Naxçıvan MR-dəki müalicə müəssisələrində müalicə kursu keçməsi təşkil edilib.