Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

234

NUHÇIXAN xəbər verir ki, “Məndə proqramçı olmaq istəyirəm” proqramlaşdırma təliminin növbəti ünvanı Naxçıvan Müəllimlər İnstitutu olub. Təlimdə proqramlaşdırma nədir, bizə nə üçün lazımdır və günümüzdə proqramlaşdırma dilinə nə kimi tələblər var?-suallarına müxtəlif slaydlar vasitəsilə aydınlıq gətirilib. Məqsəd gənclər arasında proqramlaşdırmaya marağın artırılması, bu sahənin təbliği və  proqramlaşma üzrə ixtisaslaşmaq istəyən gənclərə dəstək göstərməkdən  ibarətdir.

Təlim müddətində gənclər qrup şəklində işləmə, informasiya mübadiləsi aparmaq və liderlik qabiliyyətini inkişaf etdirmə imkanı qazanıblar. Fəal iştirak edən gənclərə sertifikatlar verilib.

Qeyd edək ki, təlim Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Optimal Qrup” MMC-nin birgə təşkilatçılığı ilə  həyata keçirilib.

Xanım Rüstəmzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: