Naxçıvanda feldşerlər üçün kurslara start verilib

188

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu gündən Naxçıvan Tibb Kollecində feldşerlər üçün təcrübə kursları təşkil edilib. İxtisasartırma kurslarına ilkin mərhələdə Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika Müalicə Mərkəzi publik hüquqi şəxsi, Naxçıvan şəhər Təcili Tibbi Yardım Mərkəzi, rayon mərkəzi xəstəxanaları və onların tabeliyindəki tibb müəssisələrində çalışan 31 feldşer cəlb olunub.

Nəzəriyyə dərsləri Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimləri və Tibb Kollecinin müəllimləri tərəfindən həyata keçirilir. Nəzəriyyə dərslərində elektron lövhələrdən istifadə olunur, mulyajlar üzərində təcrübələr aparılır, tibbi yeniliklərlə bağlı mühazirələr oxunur. Praktiki təcrübələr isə Naxçıvan Muxtar Respublika Xəstəxanasının müvafiq şöbələrində həyata keçirilir.

Səhiyyə müəssisələrində fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının yüksəldilməsi məqsədilə təşkil edilən kursun ilk mərhələsi 25 gün davam edəcək və növbəti mərhələyə daha 30 feldşer cəlb olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: